Tokio-2020: ABŞ millisi ardıcıl 5-ci dəfə olimpiya çempionu olub | |
Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınların basketbol turnirinə yekun vurulub. Finalda ABŞ və Yaponiya yığmaları üz-üzə gəliblər. Rəqibini 90:75 hesabı ilə məğlub edən "Arzular komandası" ardıcıl 5-ci dəfə olimpiya çempionu olub. ABŞ millisinin heyətində ən məhsuldar oyunçu komandasına 30 xal qazandıran Brittni Qreyner olub. Onun komanda yoldaşları Syu Byord və Dayana Taurazi isə ardıcıl 5-ci olimpiadada qızıl medal qazanan basketbolçular kimi tarixə düşüb. Bu, həm kişi, həm də qadın basketbolçular arasında rekord göstəricidir. |
|
Xəbər 337 dəfə oxundu. |
|
|