Tokio-2020: Azərbaycan karateçisi ikinci qələbəsini qazanıb | |
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ikinci döyüşündə italiyalı Silviya Semeraro ilə üz-üzə gəlib. Zaretska rəqibini 3:2 hesabı ilə üstələyib. O, növbəti qarşılaşmasını Sofya Berultsevaya (Qazaxıstan) qarşı keçirəcək. Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək. |
|
Xəbər 351 dəfə oxundu. |
|
|