Qadın futbolçulardan ibarət Kanada millisi Tokio Olimpiadasının qalibi olub | |
Qadın futbolçulardan ibarət Kanada milli komandası Tokio Olimpiadasının qalibi olub. Yokohama Beynəlxalq Stadionunda təşkil olunan həlledici görüşdə Kanada millisi İsveç yığması ilə qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən Kanada millisi 3:2 hesabı ilə qalib gələrək Olimpiya çempionu olub. Üçüncü yer uğrunda qarşılaşmada isə ABŞ Avstraliyanı 4:3 hesabı ilə üstələyib. Kişi futbolçuların yarışında ilk medalçı müəyyənləşib. Belə ki, bürünc medal uğrunda matçda Meksika millisi Yaponiya yığmasını 3:1 hesabı ilə məğlub edərək Tokio Olimpiadasını üçüncü pillədə başa vurub. Avqustun 7-də qızıl medal uğrunda görüşdə Braziliya və İspaniya yığmaları üz-üzə gələcəklər. |
|
Xəbər 341 dəfə oxundu. |
|
|