Tokio Olimpiadasında koronavirusa yoluxanların sayı artmaqda davam edir
Son sutka ərzində Tokio Olimpiadası ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxanların sayı daha 27 nəfər artıb.

Virusa yoluxanlardan üçü idmançıdır. Beləliklə, oyunlarla əlaqəli şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 225 nəfərə çatıb.

Artıq iki gündür ki, Olimpiya Oyunları ilə əlaqəli şəxslər arasında yoluxanların sayı antirekord müəyyən edir. Bir gün əvvəl 24 nəfərin yoluxduğu elan edilib.

Xatırladaq ki, Yaponiya hökuməti Tokioda epidemioloji vəziyyətin ağır olması ilə əlaqədar iyulun 12-dən fövqəladə vəziyyət rejimi elan edib. Bu gün ekspertlər komissiyası fövqəladə vəziyyət rejiminin Tokioda avqustun 30-dək uzadılması və bu rejimin daha dörd prefekturada yenidən tətbiqi barədə qərar qəbul edib.

Məhz fövqəladə vəziyyət rejimi davam etdiyinə görə tamaşaçılar “Tokio-2020”yə buraxılmırlar.

Xəbər 340 dəfə oxundu.