Respublika yarışının birinci zona mərhələsi keçirilib
İyulun 8-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Könüllülər kuboku” üzrə respublika yarışının birinci zona mərhələsi keçirilib.

Şahmat (qızlar) idman növündə Binəqədi rayon komandası birinci yer tutub və final mərhələsində iştirak etmək üçün şans qazanıb. Şahmat (oğlanlar), Basketbol (oğlanlar), Basketbol (qızlar) idman növlərində isə Binəqədi rayon komandası ikinci yerir tutaraq final mərhələsində iştirak etmək üçün şans qazanıb.

Xəbər 564 dəfə oxundu.