Daha bir boksçumuz “Tokio-2020” ilə erkən vidalaşıb
Azərbaycanın daha bir boksçusu “Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Yarışda 69 kiloqram çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor gürcüstanlı Eskerxan Madiev ilə qarşılaşıb. Üçüncü raundda boksçumuz zədələndiyi üçün hakim görüşü yarımçıq saxlayıb və qələbə rəqib idmançıya verilib.

Daha əvvəl boksçumuz Tayfur Əliyev (57 kq) vyetnamlı rəqibi Duonq van Nquyenə uduzaraq “Tokio-2020”də mübarizəni dayandırıb.

Bu gün daha bir güləşçimiz rinqə çıxacaq. Belə ki, Məhəmməd Abdullayev (+91 kq) isə Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşacaq.

Xəbər 710 dəfə oxundu.