Su polosu üzrə ABŞ millisi yeni Olimpiya rekordu müəyyənləşdirib | |
Su polosu üzrə qadınlardan ibarət ABŞ milli komandası yeni Olimpiya rekorduna imza atıb. ABŞ millisi Olimpiadanın qrup mərhələsi çərçivəsində Yaponiya yığmasını 25:4 hesabı ilə məğlub edib. İndiyədək Yay Olimpiya Oyunları tarixində belə məhsuldar nəticə qeydə alınmayıb. Bu gün start götürən su polosu yarışlarına avqustun 8-də yekun vurulacaq. Qeyd edək ki, “Tokio-2020” avqustun 8-dək davam edəcək. Olimpiadada Azərbaycanı 44 idmançı təmsil edir. |
|
Xəbər 355 dəfə oxundu. |
|
|