Güləşçilərimiz erməni rəqiblərini məğlub etdi | |
Azərbaycanın iki sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmələrin dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib. 45 kq çəki dərəcəsində mübarizə aparan Yusif İsparov 1/8 final mərhələsində Hayko Qasparyanı 4:3 hesabı ilə üstələyib. 60 kq-dakı Abdulrəhman İbrahimov isə eyni raundda Hakob Davtyana şans verməyib - 4:2. Qeyd edək ki, bu gün həmçinin Elman Məmmədov (51 kq), İlkin Ağayev (71 kq) və Yusif Dursunov (92 kq) yarışa qoşulub. |
|
Xəbər 698 dəfə oxundu. |
|
|