Bədii gimnastlarımız İsrail Qran-Prisində bürünc medal qazanıblar
Azərbaycanın bədii gimnastika üzrə milli komandası İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-Pridə ilk medalını qazanıb.

Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandamız çoxnövçülük yarışında bürünc medala sahib olub.

Onların çıxışı hakimlər tərəfindən 87,600 balla qiymətləndirilib.

Qeyd edək ki, Qran-Priyə iyulun 17-də yekun vurulacaq.

Xəbər 359 dəfə oxundu.