“Neftçi”-“Olimpiakos” oyunu ispaniyalı hakimlərə tapşırılıb
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” və “Olimpiakos” komandaları arasında baş tutacaq cavab oyununun hakimlərini açıqlayıb.

İyulun 28-də keçiriləcək qarşılaşma ispaniyalı referi Rikardo de Burqosa tapşırılıb. Ona həmyerliləri Roberto del Palomar və Yon Nunyes köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Adrian Kordero yerinə yetirəcək.

Bakıdakı “Bakcell Arena”da oynanılacaq matç saat 21:00-da başlayacaq.

“Neftçi” turnirin birinci mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını mübarizədən kənarlaşdırıb.

Xəbər 367 dəfə oxundu.