Azərbaycan badmintonçusunun “Tokio-2020” Yay Olimpiya Oyunlarında rəqibləri müəyyənləşib
Azərbaycanın badminton üzrə milli komandasının üzvü Edi Reski Dviçayonun “Tokio-2020” Yay Olimpiya Oyunlarında rəqibləri müəyyənləşib.

“L” qrupunda qərarlaşan təmsilçimizin rəqibləri Danimarka təmsilçisi Anders Antonsen və Vyetnam badmintonçusu Tien Minh Nguyen olacaq.

Xatırladaq ki, badminton yarışları iyulun 24-dən avqustun 2-dək keçiriləcək.

Xəbər 390 dəfə oxundu.