UEFA Konfrans Liqasına hazırlaşan “Qarabağ” daha bir itki ilə üzləşib
UEFA Konfrans Liqasına hazırlaşan “Qarabağ” klubu daha bir itki ilə üzləşib.

Klubun müdafiəçisi Rahil Məmmədov zədələnib. Xoşbəxtlikdən onun zədəsi o qədər ciddi deyil. Bir müddət əvvəl ciddi zədə alan Elvin Cəfərquliyevdən fərqli olaraq R.Məmmədov bir həftəyə məşqlərə başlaya biləcək.

Qeyd edək ki, “Qarabağ”ın iki futbolçusu Bədavi Hüseynov və Elvin Cəfərquliyev ciddi zədə üzündən uzun müddət yaşıl meydanlardan kənarda qalacaqlar.

Xəbər 360 dəfə oxundu.