Kişilər arasında “Wimbledon-2021” turnirinin birinci finalçısı məlum olub
İyulun 9-da tennis üzrə kişilər arasında “Böyük Dəbilqə” seriyasından London açıq turnirində (Wimbledon) yarımfinal mərhələsinə start verilib.

Yarımfinal mərhələsinin birinci oyununda Matteo Barrettini (İtaliya) və Xubert Qurkaç (Polşa) üz-üzə gəlib. İki saatdan çox davam edən görüş İtaliya təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:1 (6:3, 6:0, 6:7, 6:4)

Dörddəbir finalda Matteo Barretti kanadalı Oje-Alyassimidən (6:3, 5:7, 7:5, 6:3), Xubert Qurkaç isə isveçrəli Rojer Federerdan (6:3, 7:6, 6:0) güclü olub.

Mərhələnin digər görüşündə Novak Cokoviç (Serbiya) Kanada təmsilçisi Denis Şapovalovla ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Wimbledon” mövsümün üçüncü “Böyük Dəbilqə” turniridir. Turnirə iyulun 11-də yekun vurulacaq. Sayca 134-cü turnirin ümumi mükafat fondu 40 milyon avro təşkil edir. Bu turnirin sonuncu çempionu 2019-cu ildə serbiyalı Novak Cokoviç olub. Ötən il pandemiya səbəbindən “Wimbledon” turniri keçirilməyib.

Xəbər 766 dəfə oxundu.