“Zəfərdən zəfərə olimpiya ümidləri” adlı tədbir keçiriləcək
İyulun 9-da “Zəfərdən zəfərə olimpiya ümidləri” adlı tədbir keçiriləcək.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən Azsport.az saytına bildiriblər ki, tədbir Azərbaycan Silahlı Qüvvələrinin ilk könüllü tank batalyonunun yaranmasının 30 illiyini qeyd etmək və Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanan karateçilərimizi ruhlandırmaq məqsədilə təşkil olunacaq.

Tədbir saat 18:00-da Dənizkənarı Bulvarda Kukla teatrı binasının arxasındakı meydançada təşkil ediləcək.

Xəbər 343 dəfə oxundu.