AFFA-nın rəsmisi “Legiya” – “Bodo Qlimt” matçına təyinat alıb
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik yeni təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, o, UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Legiya” (Polşa) – “Bodo Qlimt” (Norveç) oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, matç iyulun 14-də Varşavada keçiriləcək.

Xəbər 423 dəfə oxundu.