Paralimpiyaçımız Kamran Zeynalov Serbiyada qızıl medal qazanıb
Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının üzvü Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Qran-Pridə fərqlənib.

Təmsilçimiz 10 metr məsafəyə atəşaçma yarışlarında qızıl medal qazanıb.

K.Zeynalov “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançıların siyahısındadır.

Xəbər 373 dəfə oxundu.