Hindistan əsilli amerikalı şahmatçı Abhimanyu Mişra dünyanın ən gənc qrossmeysteri olub
ABŞ şahmatçısı 12 yaşlı Abhimanyu Mişra yeni rekorda imza atıb.

İstedadlı zəka ustası dünya şahmat tarixinin ən gənc qrossmeysteri adına sahib olub. ABŞ-ın Nyu-Cersi ştatından olan Hindistan əsilli şahmatçı Budapeştdə ardıcıl keçirilmiş turnirlərdə iştirak edərək üçüncü qrossmeyster normasını və qrossmeyster titulu üçün lazım olan ELO xallarını (2504) toplayıb.

2009-cu il fevralın 9-da anadan olan A.Mişra 12 yaş 4 ay 25 günündə bu rekorda sahib olmaqla rusiyalı Sergey Karyakini (12 yaş, 7 ay) geridə qoyub. S.Karyakinin bu göstəriciyə görə rekordu 19 il ərzində yenilənməmişdi.


Xəbər 401 dəfə oxundu.