Anna Skidan Balkan çempionatında qızıl medal qazanıb
Azərbaycan atletləri Serbiyada start götürən böyüklər arasında Balkan çempionatında iştirak ediblər.

Yarışda Azərbaycan altı idmançı ilə təmsil olunub. Ölkəmizi çəkicatma növündə təmsil edən Anna Skidan yarışda bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.

Xəbər 474 dəfə oxundu.