Paralimpiyaçılarımız Serbiyada güllə atıcılığı üzrə Qran-Pri yarışlarında iştirak edəcəklər
İyulun 1-dən 4-dək Serbiyanın Novi Sad şəhərində paralimpiyaçılar arasında güllə atıcılığı üzrə Qran-Pri yarışları təşkil olunacaq.

Turnirdə milli komandamızın üzvləri baş məşqçi Əkbər Muradovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Qran-Pri yarışlarında iştirak edəcək idmançılarımız Kamran Zeynalov və Yelena Taranova artıq “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıblar.

Xəbər 396 dəfə oxundu.