Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına Mingəçevirdə hazırlaşır
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir. Komandamız iyunun 28-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışına start verib.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, baş məşqçi Vüqar Əliyevin rəhbərliyi altında təşkil olunan hazırlıq prosesinə 15 oyunçu qatılıb.

Komandamızın hazırlıq prosesi avqustun 11-dək davam edəcək.

Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda yarışacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.

Xəbər 363 dəfə oxundu.