Voleybolçumuz Odina Əliyeva Braziliya klubu ilə anlaşıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyeva karyerasını Braziliyada davam etdirəcək.

Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Otuz bir yaşlı hücumçu “Bauru” klubu ilə razılığa gəlib.

Voleybolçumuz “Bauru”nun 2021/2022-ci il mövsümü öncəsi ilk transferidir.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova da "Bauru" klubunda çıxış edir.

Xəbər 380 dəfə oxundu.