Bolqarıstan millisi Qızıl Avropa Liqasının qalibi olub
Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında 2021/2022-ci il mövsümünə yekun vurulub.

“Dördlər finalı”nın matçları Bolqarıstanda təşkil olunub.

Xorvatiya millisini 3:1 hesabı ilə məğlub edən Bolqarıstan seçməsi turnirin qalibi olub. Üçüncü yer uğrunda görüşdə qrupda Azərbaycanın rəqibi olan İspaniya millisi Çexiyanı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, mübarizəni qrup mərhələsində dayandıran Azərbaycan yığması Qızıl Avropa Liqasında sonuncu – 11-ci göstəriciyə imza atıb. Bu, millimizin Gümüş Avropa Liqasına yuvarlanması ilə nəticələnib. Yığmamızın əvəzinə isə Bosniya və Herseqovina Qızıl Avropa Liqasında oynayacaq.

Xəbər 362 dəfə oxundu.