Naxçıvanda karate hakimlərinin seminarı keçirilib
Azərbaycan Milli Karate Federasiyası (AMKF) Naxçıvan Muxtar Respublikasında hakimlər üçün seminar keçirib.

Federasiyanın hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi və beynəlxalq hakim Vüqar Kərimovun assistentliyi ilə iki gün ərzində keçirilən nəzəri və praktiki seminarda 20-dən artıq yerli hakim iştirak edib. Dərəcəsini artıran hakimlərə müvafiq sertifikatlar təqdim edilib.

C.Babayev, həmçinin iyulun əvvəlində Xorvatiyada gənclərin dünya kubokuna yollanan naxçıvanlı karateçilərin son hazırlıq məşqlərində iştirak edərək, onlara yarış qaydaları ilə bağlı məlumatlardan əlavə tövsiyələrini verib.

Xəbər 483 dəfə oxundu.