Binəqədidə Silahlı Qüvvələr Gününə həsr olunmuş futbol turniri keçirilib
İyunun 17-18-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azfar MMC-nin stadionunda Silahlı Qüvvələr Gününə həsr olunmuş futbol turniri keçirilib.

Yekun nəticələrə görə, Binəqədi” birinci, “Biləcəri” ikinci, “Mehdiabad” komandası üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, yarışda Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub. İştirakçılar hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olublar.

Xəbər 510 dəfə oxundu.