“İkincilər"in yarışında hər şey məlumdur
“Neftçi"nin bir titulu var

Milli futbol çempionatının ikinci vacib liqası olan Birinci divizionda mübarizə başa çatıb.

Əlbəttə, yeni mövsümlə bağlı indidən danışmaq çox erkəndir. Lakin Avropa futbolunun ədalətlə müəyyən edilmiş qanunlarına görə, eyni təşkilatı bir liqada iki klub təmsil edə bilməz. Bu səbəbdən aşağı dəstənin qalibi olan "Neftçi"nin ikinci kollektivi, ən yaxşı halda, elə bu divizionda qalacaq. Qalan komandaların məsələsi isə yalnız müvafiq lisenziyalaşdırma qərarı ilə tənzimlənir. Həmin komandalar isə elitada çıxış etmək hüququndan məhrum ediliblər. Deməli, bu diviziondan çox futbol elitasının başı dərddədir.

Ümumiyyətlə, aşağı dəstədə rəqabətin də özünəməxsus xüsusiyyətləri var. Burada elita təmsilçilərinin ikinci komandaları ilə yanaşı, "Zaqatala", "Turan Tovuz", "Qaradağ Lökbatan", "Kəpəz" (Gəncə) və MOİK (Bakı) mübarizə apararaq, iştirakçı sayının elitadan çox olmasını təmin etdilər və elə lisenziya qərarı ilə buradan yuxarı da qalxa bilməzlər.

Bununla yanaşı, daha çox diqqət mərkəzində olan bu kollektivlər arasında akademiyasının yenidən dirçələcəyinə ümidlər olan Tovuz kollektivindən daha etimadlı və inadlı oyun gözləmək olardı. Bununla belə "Zaqatala" ilə yanaşı, bu bölgənin də komandasının ilk üçlükdə yer alması bəlkə də yeni ümidlərin başlanğıcı ola bilər.

Hər halda ümid edək ki, tezliklə Birinci divizion daha çox elita klublarının "kölgə kabineti" statusundan çıxaraq əsl mübarizə meydanına çevriləcək. Hələlik isə, Mahmud Qurbanovun başçılığı ilə burada hegemonluq edən "Neftçi"nin ikinci komandasının zəfərini də vurğulamaq lazımdır. Bəlkə də son illərdə ləngər vura-vura, gah yüksəlib, gah da gurultu ilə enən bir komanda üçün məhz bu heyətin qələbəsi böyük başlanğıcdır.

BATI YAR

Xəbər 420 dəfə oxundu.