“Sumqayıt” klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib
2021/2022-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Azərbaycan millisinin yarımmüdafiəçisi Tellur Mütəllimov növbəti mövsümdə də komandada çıxış edəcək.

Qeyd edək ki, ötən mövsümdən “Sumqayıt”ın şərəfini qoruyan T.Mütəllimov ümumilikdə 25 oyunda meydana çıxıb. O, 3 dəfə də rəqib qapılarına yol tapmağa müvəffəq olub.

Xəbər 369 dəfə oxundu.