Binəqədidə rayon turniri keçirilib
İyunun 14-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə R.Aboyev adına Mədəniyyət və İstirahət parkında Ahıl vətəndaşlar və müharibə veteranları arasında Dama, Şahmat və Nərd oyunları üzrə rayon turniri keçirilib.

Yekun nəticələrə görə, şahmat üzrə birinci yerə Səyyad Əliyev, ikinciyə Fərman İsayev, üçüncüyə İmamverdi Şəbəndəyev layiq görülüb.

Dama turnirinin nəticəsinə əsasən, Sultan Mirzəyev, Teyyub Həsənov, Balağa Hacıyev ilk üç yeri qapayıblar.

Nərd oyunu üzrə, Aydın Əsgərov bütün rəqiblərini qabaqlayaraq birinci olub. Cəfər Novruzov yarışı ikinci, Şirbala Quliyev isə üçüncü pillədə başa vurublar.

Xəbər 506 dəfə oxundu.