Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşacaq
Tbilisidə təlim-məşq toplanışını davam etdirən qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Yerli vaxtla saat 19:00-da başlayacaq qarşılaşmada komandamız Gürcüstan millisi ilə üz-üzə gələcək.

Xatırladaq ki, bu komandalar arasında iyunun 11-də keçirilən ilk qarşılaşma 3:2 hesabı ilə Gürcüstan millisinin xeyrinə nəticələnmişdi.

Xəbər 380 dəfə oxundu.