Formula 1 Azərbaycan Qran-Prisi Almaniya mətbuatında geniş işıqlandırılıb
İyunun 4-6-da Bakıda keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisi Almaniya mətbuatında geniş işıqlandırılıb.

“Sky Deutschland” televiziya kanalı yarışı tam şəkildə yayımlayıb. Digər televiziya kanallarında yarışla bağlı reportajlar efirə verilib, eləcə də əksər qəzetlərdə və jurnallarda (“Frankfurter Allgemeine Zeitung”, “T-online”, “Motorsport Magazin”, “RTL”, “Deutsche Welle”, “Speed Magazin”, “Die Zeit”, “Auto Motor & Sport”, “SRF”, “Motorsport Total”, “Der Spiegel”, “Focus Online” və s.) məqalələr dərc olunub.

Həmin məqalələrdə yarışın təfərrüatları, gedişatı və iştirakçılar barədə ətraflı məlumat verilib. Eyni zamanda, məqalələrə yarışdan fotolar və videoçarxlar da əlavə olunub.

Xəbər 363 dəfə oxundu.