İdmançılarımız Gənclərin Karate 1 Liqa yarışında uğurla çıxış ediblər
Azərbaycan idmançıları Kiprin Limassol şəhərində keçirilmiş gənclərin Karate 1 Liqa yarışında uğurla çıxış ediblər.

Turnirdə Azərbaycanın uşaq, yeniyetmə və gənclərdən ibarət seçmə komandaları uğurla çıxış edib. Yeniyetmə və gənclərdən ibarət komandanın baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyət turnirdə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Belə ki, 14-15 yaşlı yeniyetmələrdən Salman Salmanov və Ramilə Heydərova (hər ikisi kata) qızıl, Mehralı Məmmədov (+70 kq) gümüş, Amin Yadigarlı (52 kq) və Aysu Əliyeva (47 kq) isə bürünc medallara sahib olublar.

Fərid Savadov (55 kq) və Nicat Kərimli (61 kq) isə 16-17 yaşlı gənclərin yarışında uğurla çıxış ediblər. F.Savadov qızıl, N.Kərimli bürünc medal qazanıblar.

Aşağı yaşlı karateçilərimizi, həmçinin böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, kata üzrə milli komandanın böyük məşqçisi Anar Əhmədov müşayiət edib. Beynəlxalq referi Mais Mədətov isə görüşlərin idarə olunmasında iştirak edib.

Yarışda ümumilikdə 37 ölkədən 760 idmançı mübarizə aparıb.

Xəbər 404 dəfə oxundu.