Sebastyan Fettel Azərbaycan Qran-Prisində ikinci olmaqla "Aston Martin"ə Formula 1-də ilk podium qazandırıb
Sebastyan Fettel Azərbaycan Qran-Prisində ikinci olmaqla komandası "Aston Martin"ə Formula 1-də ilk podium qazandırıb.

S.Fettelin komanda yoldaşı Lans Strollun bolidinin təkəri partladığı üçün mübarizəni erkən dayandırıb.

Altı mərhələdən sonra hesabında 37 xal olan "Aston Martin" komandası Konstruktorlar kubokunda 6-cı pillədə qərarlaşıb. Konstruktorlar kubokuna 174 xalla "Red Bull Racing Honda" komandası başçılıq edir.

"Racing Point" komandasının bazasında yaradılan "Aston Martin" Formula 1-də 2021-ci ildə debüt edib.

Xəbər 358 dəfə oxundu.