Pauerliftinq üzrə millimiz Gürcüstanda təlim-məşq toplanışında iştirak edəcək | |
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) pauerliftinq üzrə milli komandası Gürcüstanda təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi baş məşqçi İlqar İbişovun rəhbərliyi altında iyunun 3-dən 16-dək Bakuriani şəhərində təşkil olunacaq. Təlim-məşq toplanışı iyunun 16-25-də Dubayda keçiriləcək dünya kuboku yarışlarına hazırlıq xarakteri daşıyır. |
|
Xəbər 361 dəfə oxundu. |
|
|