Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
İyunun 3-4-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə Azərbaycan çempionatı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən turnirdə 90 idmançı iştirak edir. Oğlanlar və qızlar atletikanın bütün növləri üzrə mübarizə aparırlar. Yarışlarda Azərbaycanın paytaxt klubları ilə yanaşı, regionlardan idmançılar da öz qüvvələrini sınayırlar.

Qeyd edək ki, yarışa iyunun 4-də yekun vurulacaq.

Xəbər 433 dəfə oxundu.