FIA Azərbaycanda rəsmi virtual mətbuat konfransları formatını təkrarlayacaq
Beynəlxalq Avtomobil Federasiyası (FIA) Azərbaycanda rəsmi virtual mətbuat konfransları formatını təkrarlayacaq.

İyunun 3-də cümə axşamı bütün 10 komandanın cüt-cüt bölünmüş pilotları növbə ilə sualları cavablandıracaqlar. Bu cütlüklər Monako mərhələsindəkindən fərqli olacaq.

Mətbuat konfransını Esteban Okon (“Alpine”) və Maks Ferstappen (“Red Bull Racing”) açacaqlar. Onların ardınca suallara Pyer Qasli (“AlphaTauri”) və Daniel Rikkardo (“McLaren”); Lando Norris (“McLaren”) və Serxio Peres (“Red Bull Racing”); Lens Stroll (“Aston Martin”) və Karlos Sayns (“Ferrari”); Şarl Lekler (“Ferrari”) və Yuki Sunoda (“AlphaTauri”); Fernando Alonso (“Alpine”) və Corc Rassell (“Williams”); Kimi Raykkonen (“Alfa Romeo”) və Luis Hemilton (“Mercedes”); Valtteri Bottas (“Mercedes”) və Sebastyan Fettel (“Aston Martin”); Antonio Covinatsi (“Alfa Romeo”) və Nikolas Latifi (“Williams”); Nikita Mazepin və Mik Şumaxer (“Haas”) cavab verəcəklər.

Cümə günü mətbuat mərkəzində kameralar qarşısında rəhbərlərin iki üçlüyü toplaşacaq. Əvvəlcə suallara Frans Tost (“AlphaTauri”), Otmar Safnauer (“Aston Martin”) və Günter Ştayner (“Haas”) cavab verəcək. Sonra onları Frederik Vasser (“Alfa Romeo”), Mario İzola (“Pirelli”) və Saymon Roberts (“Williams”) əvəz edəcək.

Şənbə və bazar günlərinin mətbuat konfransları günün yekununa görə müəyyən edilən ən yaxşı üçlüyə həsr olunacaq.

Xatırladaq ki, Azərbaycan Qran-Prisi iyunun 4-6-da, Bakı şəhər halqasında keçiriləcək. COVID-19 pandemiyası səbəbindən ötən il Azərbaycan Qran-Prisi təşkil olunmayıb.

Xəbər 511 dəfə oxundu.