Paralimpiyaçı atletlərimiz açıq Avropa çempionatında iştirak edəcəklər
Mayın 31-dən iyunun 6-dək Polşanın Budqoş şəhərində paralimpiyaçılar arasında atletika üzrə açıq Avropa çempionatı keçiriləcək.

Millimiz baş məşqçi, ikiqat Paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında 10 nəfərlik heyətlə yarışda iştirak etmək üçün Polşaya yola düşüb.

Yarış "Tokio 2020" Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

Xəbər 371 dəfə oxundu.