Qusarda kross qaçışı üzrə Azərbaycan çempionatına start verilib
Mayın 30-da Qusarda kross qaçışı üzrə Azərbaycan çempionatına start verilib.

Çempionatda 100-ə yaxın atlet 8 məsafəyə qaçış üzrə mübarizə aparır.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda Bakı, Gəncə, Xızı, Naxçıvan, Bərdə, Xocalı və İsmayıllı komandalarının idmançıları təmsil olunur.

Xəbər 477 dəfə oxundu.