Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri davam edir | |
İyunun 4-6-da Bakıda baş tutacaq 5-ci Formula 1 Qran-Prisinə hazırlıq işləri çərçivəsində İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində müvəqqəti inşa olunmuş yerüstü piyada keçidinin hər iki dayaq tərəfinə mayın 29-da saat 07:00-da liftin quraşdırılmasına başlanacaq. Liftlərdən biri Azərbaycan prospektinə düşdüyü üçün həmin yolun bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sürücülərdən xahiş olunur ki, qeyd olunan hissədə bu gecədən etibarən avtomobillərini parklamasınlar. |
|
Xəbər 341 dəfə oxundu. |
|
|