Gənc samboçularımız Avropa çempionatında uğurla çıxış ediblər
Kipr Respublikasının Limasol şəhərində keçirilən sambo üzrə gənclər arasında Avropa birinciliyində Azərbaycan komandası uğurla çıxış edib.
Yarışda komandamızın heyətində Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Ağani Məmmədov (79 kq), Adil Adilzadə (88 kq) və Toğrul Salmanov (+98 kq) mübarizə aparıblar. Toğrul Salmanov turnirdə bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Nicat Məmmədli (58 kq) gümüş, Elvin Bağırov (64 kq) bürünc medallara sahib olublar.
Millimiz komanda hesabında üçüncü yeri tutub.


Xəbər 580 dəfə oxundu.