Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş atletika turniri keçirilir
Mayın 26-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 18 yaşından yuxarı oğlanlar və qızlar arasında Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş atletika turnirinə start verilib.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən turnirdə 90 idmançı iştirak edir. Oğlan və qız idmançılar atletikanın bütün növləri üzrə mübarizə aparırlar. Yarışlarda Azərbaycanın paytaxt klubları ilə yanaşı, bölgə təmsilçiləri də qüvvələrini sınayırlar.

Yarışa mayın 27-də yekun vurulacaq.

Xəbər 443 dəfə oxundu.