“The FTX Crypto Cup”: Teymur Rəcəbov dörddəbir finalda Aniş Giri ilə qarşılaşacaq | |
Mayın 26-da norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin dörddəbir final oyunları keçiriləcək. Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu mərhələdə niderlandlı Aniş Giri ilə üz-üzə gələcək. Dörddəbir final mərhələsinin digər iştirakçıları Fabiano Karuana (ABŞ) Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa) Uesli So (ABŞ) ilə görüşəcəklər. Qeyd edək ki, T.Rəcəbov təsnifat mərhələsində 8,5 xal toplayaraq 7-ci pillədə qərarlaşmaqla pley-offa vəsiqə qazanıb. Ş.Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutaraq turnirdə mübarizəni dayandırıb. “The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı mübarizə aparıb. “Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir. |
|
Xəbər 376 dəfə oxundu. |
|
|