İspaniya millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Futbol üzrə İspaniya millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.

Baş məşqçi Luis Enrike milliyə 24 futbolçu dəvət edib. Heyətdə qapıçılardan David de Xea ("Mançester Yunayted", İngiltərə), Unay Simon ("Atletik"), Robert Sançes ("Brayton", İngiltərə), müdafiəçilərdən Xose Qaya ("Valensiya"), Jordi Alba ("Barselona"), Pau Torres ("Vilyarreal"), Emerik Lyaport, Erik Qarsiya (hər ikisi "Mançester Siti", İngiltərə), Dieqo Lyorente ("Vilyarreal"), Sesar Asplikueta ("Çelsi", İngiltərə), Markos Lyorente ("Atletiko") yer alıblar.

Yarımmüdafiəçilərdən Serxio Buskets, Pedri (hər ikisi "Barselona"), Rodri ("Mançester Siti"), Tiaqo Alkantara ("Liverpul", İngiltərə), Koke ("Atletiko"), Fabian Ruis ("Napoli"), hücumçulardan Dani Olmo ("Leyptsiq"), Mikel Oyarsabal ("Real Sosyedad"), Alvaro Morata ("Yuventus"), Jerar Moreno ("Vilyarreal"), Ferran Torres ("Mançester Siti"), Adama Traore ("Vulverhempton"), Pablo Sarabiya (“Paris Sen-Jermen”) heyətə daxil ediliblər.

İspaniya millisi İsveç, Polşa və Slovakiya yığmaları ilə birlikdə E qrupunda yer alıb.

Qeyd edək ki, “Avro-2020” bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.


Xəbər 392 dəfə oxundu.