Azərbaycan qılıncoynadanı Rusiyada keçirilən turnirdə gümüş medala sahib olub
Azərbaycan qılıncoynadanı Rusiyada keçirilən turnirdə gümüş medala sahib olub.

Sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Anna Başta, Səbinə Kərimova və Sevil Bünyatova Sankt-Peterburqda keçirilən Ümumrusiya açıq turnirində iştirak ediblər.

Qrup mərhələsini dörd qələbə ilə başa vuran Anna Başta pley-offda da uğurlu çıxışı ilə yadda qalıb. Rusiyanın güclü sablyaçılarının yarışdıqları turnirdə A.Başta finalda Olqa Nikitinaya 6:15 hesabı ilə uduzaraq turnirin gümüş medalına layiq görülüb. Qrup mərhələsini uğurla adlayan Səbinə Kərimova və Sevil Bünyatova isə mübarizəni pley-offda dayandırıb.


Xəbər 472 dəfə oxundu.