İdman turnirləri və kiçik yarışlar isveçli fanatlar üçün yenidən əlçatan olacaq
Bu yay Skandinaviya krallığında planlaşdırılan idman turnirləri və kiçik yarışlar isveçli fanatlar üçün yenidən əlçatan olacaq.

İsveçin dövlət epidemioloqu Anders Teqnellin sözlərinə görə, mövcud məhdudiyyətlərdə ilk yumşalmalar artıq iyunun 1-nə nəzərdə tutulub. Sonrakı mərhələdə böyük matçlar və kubok yarışları barəsində müvafiq məhdudiyyətlər də qüvvədən düşəcək. Lakin dəqiq tarix hələ müəyyən edilməyib.

Buna baxmayaraq, Anders Teqnell yenə də vətəndaşları epidemioloji təhlükəsizlik qaydalarına ciddi yanaşmağa, mövcud riskləri düzgün qiymətləndirməyə, hakimiyyət orqanlarını isə keçirilən tədbirlərin epidemioloji təhlükəsizliyini təmin etməyə çağırıb.

Qeyd edək ki, pandemiya ilə əlaqədar İsveçdə 5 nəfərdən çox insanın iştirakı ilə keçirilən hər hansı kütləvi tədbirlərə qarşı ciddi məhdudiyyətlər qüvvədədir.


Xəbər 506 dəfə oxundu.