Azərbaycan velosipedçisi Samir Cəbrayılov açıq Ukrayna kuboku yarışının üçüncü mərhələsinin qalibi olub
Azərbaycanın şose velosipedi üzrə elit yığma komandasının üzvü Samir Cəbrayılov açıq Ukrayna kuboku yarışının üçüncü mərhələsinin qalibi olub.

Təmsilçimiz 4 günlük yarışın yekununa əsasən, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

136 kilometrdən ibarət ilk yarış günündə finiş xəttini 8-ci keçən S.Cəbrayılov növbəti gün 141 kilometr məsafəni hamıdan tez qət edib (3 saat, 31 dəqiqə, 42 saniyə) və mərhələ qalibi olub. 112 kilometrlik üçüncü və 20 kilometrlik dördüncü mərhələlərdə (fərdi ötüşmə) müvafiq olaraq 5-ci və 4-cü nəticə göstərən velosipedçimiz bununla da ümumi təsnifatda bütün rəqibləri üçün əlçatmaz olmaqla birinci yerə layiq görülüb.

Xəbər 437 dəfə oxundu.