Rafael Nadal Dünya İdman Akademiyası tərəfindən 2020-ci ilin ən yaxşı idmançısı seçilib
İspaniyalı tennisçi Rafael Nadal “Laureus” Dünya İdman Akademiyası tərəfindən 2020-ci ilin ən yaxşı idmançısı mükafatına layiq görülüb.

Mükafatlandırma mərasimi İspaniyanın Sevilya şəhərində təşkil olunub.

Beləliklə, R.Nadal ilin ən yaxşı idmançısı üçün verilən “Laureus” mükafatına ikinci dəfə layiq görülüb. Bu mükafat məşhur tennisçiyə ilk dəfə 2011-ci ilin yekunlarına görə təqdim edilib.

Otuz dörd yaşlı R.Nadal hazırda dünya reytinqində ikinci sıradadır. Ötən il 13-cü dəfə Fransa açıq çempionatının qalibi olan ispaniyalı idmançı karyerası ərzində 20 “Böyük dəbilqə” turniri də daxil olmaqla, 87 dəfə Peşəkar Tennisçilər Birliyinin (ATP) turnirlərində birinci yeri tutub.

“Laureus” mükafatı 1999-cu ildə təsis edilib.

Xəbər 426 dəfə oxundu.