“Səbail”in futbolçusu Amil Yunanov Azərbaycan çempionatlarında 40-cı qoluna imza atıb
“Səbail”in futbolçusu Amil Yunanov Azərbaycan çempionatlarında 40-cı qoluna imza atıb. Bu yubiley Premyer Liqanın XXV turuna təsadüf edib.

Paytaxt təmsilçisinin oyunçusu “Qəbələ” ilə ev görüşünün taleyini həll edən qolun müəllifi olub.

Futbolçu 40-cı topunu ölkə çempionatındakı 136-cı matçında vurub. O, 1992-ci ildən keçirilən yarışın tarixində 40 və daha çox qol vuran 60-cı futbolçudur.

Qeyd edək ki, debütü 2010/2011-ci il mövsümünə təsadüf edən A.Yunanov ilk qolunu növbəti çempionatda “Qəbələ”nin heyətində vurub. O, daha üç komandanın formasını geyərkən qol sevinci yaşayıb. Futbolçu “Sumqayıt”da 28, “Səbail”də 6, “Keşlə”də 5 dəfə fərqlənib.

Xəbər 401 dəfə oxundu.