Gələn il batut gimnastikası, tamblinq və ikili minibatut üzrə Avropa çempionatına İtaliya ev sahibliyi edəcək
2022-ci ildə batut gimnastikası, tamblinq və ikili minibatut üzrə Avropa çempionatına İtaliya ev sahibliyi edəcək.

Rimini şəhərində təşkil olunacaq qitə birinciliyi iyunun 1-5-də keçiriləcək.

Sonuncu Avropa çempionatı ötən həftə Rusiyanın Soçi şəhərində baş tutub. Azərbaycan yarışı 1 gümüş və 2 bürünc medalla başa vurub.

Xəbər 356 dəfə oxundu.