Beynəlxalq Olimpiya Komitəsi “Olimpiya virtual seriyası” yarışı keçirəcək
Beynəlxalq Olimpiya Komitəsi (BOK) fiziki və qeyri-fiziki virtual idman növləri üzrə yarış keçirəcək.

Turnir “Olimpiya virtual seriyası” adlanır. BOK prezidenti Tomas Bax bunun yeni bir auditoriya ilə qarşılıqlı əlaqələrin keyfiyyətini artırmağa yönəlmiş unikal bir təcrübə olduğunu bildirib. Yarışın konsepsiyası “Olimpiada-2020” gündəliyi və rəqəmsal strategiyası ilə uyğundur.

İlk “Olimpiya virtual seriyası”nda BOK tərəfindən tanınan federasiyaların rəhbərlik etdiyi idman növləri beysbol, velosiped idmanı, avarçəkmə, yelkənli avarçəkmə və avtomobil idmanı yer alacaq.

Turnir “Tokio-2020” Yay Olimpiya Oyunları ərəfəsində - mayın 13-23-də baş tutacaq.

Xəbər 369 dəfə oxundu.