Paralimpiyaçılarımız pauerliftinq üzrə dünya kuboku yarışlarına Antalyada hazırlaşırlar
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) pauerliftinq üzrə yığma komandası Antalyada təlim-məşq toplanışını davam etdirir.

Hazırlıq prosesində baş məşqçi İlqar İbişovun rəhbərliyi altında 6 idmançı iştirak edir.

Təlim-məşq toplanışına mayın 5-də yekun vurulacaq.

Toplanış mayın 17-24-də Tbilisidə keçiriləcək pauerliftinq üzrə dünya kuboku yarışlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 363 dəfə oxundu.