Sumqayıt karateçilərindən növbəti uğur
Aprel 24-25-də Belarusiyanın paytaxtı Minsk şəhərində keçirilmiş karatenin WKF növü üzrə beynəlxalq turnirdə milli yığma komandanın tərkibində çıxış edən Sumqayıt karateçiləri uğurla iştirak edib. Belə ki, turnirdə iştirak edən Aysu Əliyeva (47 kq) 14-15 yaş, Vahid Həsənov (76 kq) 16-17 yaş şəxsi komanda və şəxsi kumite yarışlarında qızıl medal qazanıb. Onların komanda yoldaşları olan digər Sumqayıt idmançıları Nihat Kərimzadə (70kq) 14-15 yaş və Nicat Kərimli (61kq) 16-17 yaş isə turnirin gümüş mükafatına layiq görülüb.

Ümumilikdə keçirilən beynəlxalq turnirdə ölkə idmançıları həm komanda həm də şəxsi yarışlarda əldə olunan medallların sayına görə fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Xəbər 506 dəfə oxundu.